Azərbaycan millisinin voleybolçusu Yana Əzimova “worldofvolley”ə müsahibə verib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı toppaylayıcı yığmamızla bağlı planlarını açıqlayıb, gələcək karyerası barədə danışıb.
- Azərbaycan yığmasının heyətində yer almaq necə hissdi?
- Qızıl Avropa Liqasında əsas heyətdə oynamaq üçün növbəmi gözləyirdim. Bu şansı əldə etdiyimə görə məmnunam.
- Milli ilə bağlı hədəfləriniz nələrdi?
- Əsas heyətin üzvü olmaq. Bununla, Yaponiyada keçiriləcək dünya çempionatında komandanın uğur qazanmasında pay sahibi olmaq istəyirəm.
- Son mövsüm klubdakı çıxışınızı necə dəyərləndirirsiz?
- 2017/2018 mövsümündə “Abşeron”da oynadım. Əsas heyətdə çıxış edirdim və komandamla Azərbaycan çempionatının gümüş medallarını qazandıq.
- Yeni mövsümlə bağlı planlarınız nələrdi?
- Yeni və maraqlı çempionatda oynamaq istərdim. Menecerim Tunc Afşar bu işlərlə məşğuldu.
- Bəs hansı ölkədə oynamaq istəyərdiniz?
- Yaxşı liqası olan bir ölkədə.
- 5 il sonra özünü harda görürsüz?
- Avropanın ən güclü çempionatlarından birinin qalibi olmaq istəyirəm.
Əzimova sevimli voleybolçusu, kitabı, sitatı və musiqi tərzini də açıqlayıb:
Sevimli voleybolçusu: Sevimli voleybolçum toppaylayıcı Nutsara Tomkomdu.
Sevimli kitabı: Həyatdakı hadisələr əsaslanmış, müxtəlif janrlarda olan kitabları sevirəm. Romanlara üstünlük verirəm.
Sevimli sitatı: Öyrənmək çətindi, savaşmaq asan. Xəyalın varsa, ona inan.
Sevimli musiqi tərzi: Pop musiqisinə üstünlük verirəm.