Yığmamız İsveçə uduzdu
06.06.2025 - 21:15

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçına çıxıb.
Apasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma İsveçlə qarşılaşıb.
Milli komandamız rəqibinə 3:0 hesabı ilə məğlub olub.
Gümüş Avropa Liqası
I tur
19:00. Azərbaycan – İsveç - 0:3 (13:25, 20:25, 14:25)
Hakimlər: Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka)
0
0