Yığmamız İsveçə yollanıb
05.06.2025 - 10:38

Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk turun oyunları üçün bu gün İsveçə yola düşüb.
Apasport.az xəbər verir ki, yığmamız yarışda ilk oyununu iyunun 6-da ev sahibi İsveçə qarşı keçirəcək.
Növbəti qarşılaşma iyunun 7-də baş tutacaq. Həmin gün rəqibimiz Gürcüstan millisi olacaq.
Qeyd edək ki, millimizin Avropa Gümüş Liqasındakı ikinci tur oyunları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə ayın 20-22-də Farer adalarında təşkil olunacaq.
0
0