Yığmamız Misirdə təlim-məşq toplanışı keçəcək
08.02.2025 - 10:08

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan yığması Misirdə təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, millimiz Misirin Hurqada şəhərinə yollanıb.
Komandamız hazırlıq çərçivəsində Afrika açıq çempionatı - “The Clash Beach Volleyball Marathon”da gücünü yoxlayacaq.
Qeyd edək ki, hazırlıq fevralın 28-dək davam edəcək.
0
0