Yığmamız VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
04.11.2025 - 15:55
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, komandamız ilk oyunda İranla qarşılaşıb.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, yığmamız noyabrın 6-da Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
1
0