Yığmamızın hücumçusu yenidən İtaliyada!
14.06.2018 - 16:14
Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı yenidən A Seriyasına yüksələn "Çyieri" ilə anlaşıb.
28 yaşlı hücumçu 1 illik müqavilə bağlayıb. Milli üzvü 2016/17 mövsümündə “Firenze”də forma geymişdi. Bu, Bayramovanın İtaliyaya ikinci səfəri olacaq. O, son mövsümü isə Türkiyədə “Seramiksan”da keçirib.
Qeyd edək ki, Natalya Məmmədova 2006/07 mövsümündə “Çyeri”də çıxış edib (Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi).
0
0