Yüksək Liqa: “Azərreyl” məğlub oldu
04.03.2025 - 21:36
Yüksək Liqa: “Azərreyl” məğlub oldu

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Çempionatın lideri “Abşeron” “Azərreyl”i sınağa çəkib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matç Abşeron voleybolçularının 3:2 hesabı ilə yekunlaşıb.

“Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”la qarşılaşıb. Birincilər çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanaraq, liderlə aradakı fərqi bir xala endirib.

Qeyd edək ki, turun ilk matçında “Gəncə” UNEC-ə 3:0 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (qadınlar)
XIV tur
4 mart
16:00. “Abşeron” - “Azərreyl” - 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)

18:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 3:0 (25:19, 25:21, 25:18)