Yüksək Liqa: "Azərreyl"dən inamlı qələbə
22.04.2025 - 17:17

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, “Azərreyl” “Murov Az Terminal”la üz-üzə gəlib.
Görüş GİN-in Voleybol Mərkəzində keçirilib.
“Azərreyl” rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacarıb. Son çempion bununla da titulunu qorumaq yolunda inamlı addım atıb.
Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 25-də keçiriləcək.
Yüksək Liqa (kişilər)
Final, 1-ci oyun
15:00. “Azərreyl” - “Murov Az Terminal” - 3:0 (25:19, 25:17, 25:18)
0
0