Yüksək Liqada II turun oyunları keçiriləcək
21.10.2025 - 11:12
Qadın və kişi voleybolçuların Yüksək Liqasında II turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət komandalardan "Murov Az Terminal" "Gəncə"ni qəbul edəcək.
Qarşılaşma "Murov Az Terminal" klubunun idman zalında baş tutacaq.
Kişi voleybolçular arasında yarışda isə "Ordu" klubu "Xilasedici" ilə üz-üzə gələcək. Bu görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Hər iki matç saat 16:00-da start götürəcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0