Mert Müldürün qolu turun ən yaxşısı seçildi
22.06.2024 - 16:23
Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu Mert Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.
“Fənərbaxça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.
“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.
Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
- “Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
- Ramil Şeydayev və Musa Qurbanlıdan yubiley qolları
- Krakov-2023: Süleymanov 1/8 finalda uduzdu - YENİLƏNİB
- Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
0
0