AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq
24.02.2025 - 13:54

AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.
Apasport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna Tovuz təmsilçisinin Misli Premyer Liqasının XXIV turunun “Şamaxı” ilə oyunundan öncə bəyanat yayması səbəb olub.
Bu, İntizam Komitəsi tərəfindən AFFA və PFL-in imicinə zərər vuran əsassız addım hesab edilib.
Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu qeyd edilib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Kerem Aktürkoğlunun qolu "həftənin ən yaxşısı"na namizəddir
- AVF-dən "Xarı Bülbül Şuşa" və “Xarı Bülbbül Laçın”la bağlı açıqlama
- Premyer Liqada komanda sayı artırılmayacaq
- Azərbaycan kuboku: 1\8 final mərhələsinin oyun cədvəli açıqlanıb
- Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”
0
0