AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədi ilə FIFA ilə lisenziya müqaviləsi imzalayıb.
Apasport.az xəbər verir ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.
Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.
Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FIFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.
- "Qarabağ" 2 braziliyalı ilə danışıqlara başlayıb: Əgər alınmasa...
- Osimhen karyerası ilə bağlı qərar verib
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
- Komandalarımız dünya reytinqində: "Qarabağ" 11 pillə irəlilədi
- Portuqaliya millisinin ulduzu karyerasını bitirmək istəyir