Bu gün AFFA-nın inzibati binasında 2024/2025 lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.
Apasport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, tətbiq edilən Klubların Lisenziyalaşdırılması platforması və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.
Bundan əlavə, klub nümayəndələrinə azarkeşlərlə əlaqələndirici şəxs və əlil azarkeşlərlə əlaqələndirici şəxslərə aid layihələr barədə qısa məlumat təqdim olunub.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib
- Basketbolçularımız Avropa çempionu oldular
- Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi
- Dmitri Çelyadnik: "Azərbaycanla matçda onları sevindriməyə çalışacağıq"
- Elxan Abdullayev: "Məğlubiyyətdə bu amil öz təsirini göstərdi"
- UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"