“Ayın qolu” layihəsinin qalibləri bəlli olub
18.03.2025 - 16:33
Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev ("Qusar") qalib olub.
II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
- Nigeriyalı müdafiəçi “Trabzonspor”da - RƏSMİ
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- Branimir Subaşiç: "Azərbaycanda futbol da var, futbolçular da"
- Rivaldo: "Argentinaya azarkeşlik edəcəyəm"
0
0