“Atletiko”dan “Çelsi”yə
09.01.2023 - 20:48
İngiltərənin “Çelsi” klubu daha bir futbolçu ilə güclənib.
Apasport.az xəbər verir ki, London təmsilçisi Madrid "Atletiko"sundan Joao Feliksi 11 milyon avroya icarəyə götürməyə razılaşıb.
Daha əvvəl 23 yaşlı futbolçu ilə "Mançester Yunayted" və "Arsenal"ın maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Madrid klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi olan Feliks bu müvsüm "Atletiko"nun heyətində 19 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Futbol tarixinin ən yaxşı driblinqçiləri - Messi üçüncüdür
- Ukrayna millisində ayrılıq - Rebrov dövrü rəsmən bitdi
- "Böyük dəbilqə": Tçkayev qızıl medal qazandı
- "Bakı" və "Azəryol" Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
0
0