Mauro İkardi karyera rekordunu yeniləyib
16.04.2024 - 09:31
Türkiyə Super Liqasının 32-ci həftəsində "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Barış Alper Yılmaz (2), Hakim Ziyeç və Mauro İkardinin qolları ilə qalib gəlib. Bu nəticə ilə "Qalatasaray" 87 xalla liderliyini qoruyub.
İkardi "Alanyaspor"a vurduğu qolla karyera rekordunu qırıb. 31 yaşlı hücumçu bu mövsüm 37 qola töhfə verib, 2014-2015 mövsümündə vurduğu 36 qol göstəricisini ötüb.
Super Liqada bir mövsümdə qola ən çox töhfə verən futbolçu "Fənərbaxça" əfsanəsi Aleks de Souza olub. O, 2010-2011 mövsümündə 44 qolla rekord qırıb.
- “Tottenhem”i “Fiorentina”ya dəyişdi
- "Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
- Şahmatçımız Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub
- Azərbaycanda şok iddia: Hakim bukmekerlərlə əlbir olub?
- Avropa birinciliyində son 15 ilin uğuruna imza atan yığma ilə görüş - FOTOLENT
0
0