Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik"
04.12.2024 - 22:15

Azərbaycan Kubokunun 1/8 mərhələsində "Kəpəz" "İmişli"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov görüş barədə fikirlərini bildirib:
"Oyun bizim üçün çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- Sabiq “Yuventus”lu Premyer Liqada çıxış edə bilər
- Nuri Şahin gedir, Ten Haq gəlir
- De Xea seçim qarşısında: İnter Mayami və Messinin yanı
- KDÇ: “Mançester Siti”dən darmadağın, “Real”dan inamlı qələbə
0
0