Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Apasport.az xəbər verir ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.
Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.
Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.
- Elmar Baxşıyev: "Daha iddialı komanda qurmaq istəyirik"
- “Mançester Yunayted” və “Çelsi” məğlub oldu
- İngiltərədə dekabr ayının ən yaxşı məşqçisi bəlli olub
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”