Berdıyev transfer işlərinə başladı - Rusiya millisinin sabiq üzvünü istəyir
31.12.2024 - 22:09
“Turan Tovuz” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Tovuz klubunun maraq dairəsində olan oyunçulardan biri də Kiril Pançenkodur.
Kurban Berdıyevin sərəncamında görmək istədiyi futbolçulardan biri də odur. Amma onun çoxsaylı təklifləri olduğu üçün “Turan Tovuz”a gəlib-gəlməyəcəyi dəqiq deyil.
35 yaşlı forvard “Ximki”dən ayrıldıqdan sonra klubsuzdur. O, “Mordoviya”, “Tom”, ÇSKA, “Dinamo” (Moskva), “Tambov”, “Arsenal” (Tula) və Rusiya yığmasında oynayıb.
- Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə
- Vladimir Voskoboynikov: “Azərbaycanın qələbəsi sürpriz olmayacaq” - MÜSAHİBƏ
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- Niderlandın baş nazirindən Baydenə cavab: "Futbol sokkerə qalib gəldi"
- Rüstəm Orucov ACB-nin Atletlər Komissiyasında
0
0