Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tennis üzrə “WTT Youth Contender Tbilisi” turniri davam edir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız bu gün iki yaş qrupunda mübarizə aparıblar.
11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı 1/4 final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.
15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb
Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
- Yığma komandamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq
- UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub
- Qanalı futbolçu: “Neymar məndən yaxşı deyil”
- "Çelsi" Qallaheri satır