Norveçdə yerli “Bodo-Qlimt” və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Luiş Qodinyo idarə edəcək. Ona Ruy Teyşeyra və Pedru Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo-Qlimt” - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
- Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- 15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək
- Valdas Dambrauskas: “Futbolu bir az düşünməyəcəm”
- Maqnus Karlsen yığmanın heyətinə daxil edilməyib