Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Apasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.
74 kq çəkidə çıxış edən güləşçi Fransa paytaxtına vəsiqəni Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimizin yarımfinalda Frank Çamizo Markezi (İtaliya) ilə görüşü 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub və dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ qazanıb.
- “Sedan”ın hücumçusu Azərbaycan klubuna gəlir
- Flik narazıdır: “Dünya çempionatında belə oyun qəbuledilməzdir”
- Azər Əliyev “Beşiktaş”la matçı buraxacaq
- Veteran futbolçu: “Sabah” sonda medalçılar sırasında olacaq" - Müsahibə
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb