
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, cədvəldə Azərbaycanın üç klubu yer alıb.
Hazırda Avropa Liqasında iştirak edən “Qarabağ” 131,5 xalla siyahının 70-ci pilləsində yer alıb. Qurban Qurbanovun komandası son siyahı ilə müqayisədə 9 pillə geriləyib. Azərbaycan çempionu İngiltərədən “Çelsi” və “Tottenhem”, İtaliya “Latsio”su, Fransa “Marsel”i kimi tanınmışları geridə qoyub.
“Neftçi” ilə “Sabah” da mövqelərini əldən veriblər. “Ağ-qaralar” 22 pillə geriləməklə 340-cı yerə eniblər. Komandanın aktivində 58,75 xalı var.
“Sabah” isə 40 klubu özündən irəli buraxmaqla 342-ci pilləyə düşüb. Onlar 58,5 xala malikdirlər.
Qeyd edək ki, 403 klubun yer aldığı cədvəldə “Mançester Siti” ilk sırada yer alır. Onlar 296 xala malikdir.
- Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB
- Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılacaq
- Çingiz Hüseynzadə: “Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik"
- "Neftçi"yə uzatma dəqiqələrində şok- YENİLƏNİB