Di Mariya “Benfika”ya döndü
05.07.2023 - 23:28
Argentinalı futbolçu Anhel Di Mariya “Benfika”ya dönüb.
Apasport.az-ın məlumatına görə, o, azad agent kimi komandaya qoşulub.
Son mövsümü “Yuventus”da keçirən yarımmüdafiəçi bir illik müqavilə imzalayacaq. Sabah Di Mariyanın təqdimetmə mərasimi keçiriləcək. 35 yaşlı futbolçu 2007-2010-cu illərdə “Benfika”da çıxış edib.
Qeyd edək ki, 2022/23 mövsümündə Anhel bütün turnirlərdə 40 oyunda 8 dəfə fərqlənib.
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- “Milan” 17 yaşlı qapıçı ilə müqavilə imzaladı
- Ozan Can Kökçü oynadı, komandası məğlub oldu
- "Araz-Naxçıvan" millinin üzvü ilə güclənib
- İtaliya xarici işlər nazirliyindən Osimhenə dəstək
0
0