Eduard Məmmədov 28-ci dəfə dünya çempionu oldu
24.11.2023 - 15:23
Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan idmançısı Eduard Məmmədov bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.
Apasport.az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Belə ki, Eduard Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn kikboksçumuz karyerasının 28-ci dünya çempionluğunu yaşayıb.
- Türkanda bədii gimnastika üzrə yeni bölmə yaradılıb
- Millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- Tahir Baxşıyev: "Bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq"
- “Sabah” daha bir futbolçu ilə danışıqlara yekun vurub
0
0