"Arsenal" İtaliya millisinin ulduzunu izləyir
27.06.2024 - 15:15
Londonun "Arsenal" klubu İtaliya millisinin və "Bolonya"nın mərkəz müdafiəçisi Rikkardo Kalafiori ilə maraqlanır.
Apasport.az xəbər verir ki, "Arsenal" "Bolonya"nın mərkəz müdafiəçisini izləyir, lakin hələ rəsmi danışıqlara başlamayıb.
22 yaşlı futbolçu İtaliyanın AVRO-2024 heyətində yer alıb və qrup mərhələsinin oyunlarında təsirli çıxış edərək Luçano Spalettinin etimadını doğrultmağı bacarıb.
"Transfermarkt" portalı Rikkardo Kalafiorinin dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- Premyer Liqa: VI turun oyun cədvəli açıqlanıb
- Paralimpiyaçımız Avropa çempionatında növbəti gümüş medalını qazanıb
- Azərbaycan – Ukrayna: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlanıb
- "Araz-Naxçıvan" 21 qolla qələbə qazanıb
0
0