“Əl İttihad”ın futbolçusu “İnter” yolunda
29.01.2026 - 16:21
İtaliyanın “İnter” klubu heyətini yeni vingerlə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, “neradzurri” “Əl İttihad”da çıxış edən Mussa Diabi ilə maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“İnter” 26 yaşlı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.
Diabi bu mövsüm 24 oyunda 3 qol vurub, 11 məhsuldar ötürmə edib.
- Aleksandr Vinokurov: “Hər şey əladır”
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Azərbaycan birinciliyində həlledici oyunların proqramı açıqlanıb
- Məhkəmə "Fənərbaxça" və "Qalatasaray"ın futbolçularını həbsdə saxlayıb
- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
0
0