Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Günün diqqətçəkən görüşlərindən biri Fransada baş tutub.
Son çempion PSJ doğma azarkeşləri önündə “Barselona”nı sınağa çəkib. 6 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib.
Türkiyə təmsilçisi "Fənərbaxça" isə "Slaviya"nı qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Fənərbaxça” – “Slaviya” 2:2
20:45. “Sabah” – “Borussiya Dortmund” 1:2
23:00. “Roma” – “Slovan” 4:0
23:00. “Portu” – PSV 0:1
23:00. “Liverpul” – “Vilyareal” 4:3
23:00. “Mançester Siti” – AEK 5:1
23:00. PSJ – “Barselona” 4:2
23:00. “Napoli” – “Bodo-Qlimt” 4:3
23:00. “Ştutqart” – “Atletiko Madrid” 1:1