Fransa millisinin sabiq futbolçusu “Araz-Naxçıvan”da
18.09.2023 - 10:50
“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, komanda Aksel Nqando ilə anlaşıb.
Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.
- "Beşiktaş" - "Makkabi" matçı Bakıda keçiriləcək? - AÇIQLAMA
- “Neftçi” Lüksemburq millisinin futbolçusunu transfer edib
- Azərbaycan çempionatında III turun cədvəli açıqlanıb
- “Bavariya” yeni mövsüm formasını təqdim edib - FOTO
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
0
0