İbrahim Cibrila “Zirə”də - 2,5 illik müqavilə
12.10.2022 - 10:23
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Bildirilib ki, bakılılar İssa İbrahim Cibrila ilə anlaşıb. Vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa əsasən, müqavilə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Yəni Cibrila ikinci yarıdan etibarən “Zirə”nin formasını geyinə bilər.
Qeyd edək ki, Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.
- “Mançester Yunayted” 15 futbolçunu yola salmağa hazırlaşır
- “Milan” hücumçusunu icarəyə göndərdi
- Şəhriyar Məmmədyarov irəlilədi, Teymur Rəcəbov gerilədi
- Türkan Nəsirova və Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
0
0