III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb
29.09.2025 - 18:08
III MDB Oyunları çərçivəsində Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Mürtəza Novruzlu stend atıcılığında (trap növü) ikinci olub.
Özbəkistanlı Azamat Kayumov qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov isə üçüncü yeri tutub.
Qeyd edək ki, daha öncə Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında gümüş medal qazanmışdır.
- Qurban Qurbanov: "İlklərin dadı başqa olur" - MÜSAHİBƏ
- Rəşad Sadıqov: “Bizi qarşıda iki maraqlı matç gözləyir“
- 9 boksçumuz Avropa birinciliyinin 1/4 finalında
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0