Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda karyerasını davam etdirən 500 mütəxəssis yer alıb.
Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 169-cudur. Rumıniyalının hesabında 1639 xal var. O, son bir ayda bir addım geriləyib.
Qurban Qurbanov 1595 xala malikdir. “Qarabağ”ın baş məşqçisi dünyanın 218-cisidir. 50 yaşlı mütəxəssis son bir ayda 8 pilləlik sıçrayışla irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Yurgen Klopp (2129) ikinci, Antonio Konte (2091) üçüncüdür.
- Azərbaycan idmançılarını bu il gözləyən mötəbər turnirlər – SİYAHI
- “Qarabağ” ikinci pillədə - “Mançester Yunayted”dən sonra
- Cüdoçularımız Praqada 1 "qızıl", 2 "gümüş" qazanıblar
- Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb
- Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"