"Qarabağ"ın sabiq futbolçusu Kadi Borges Malinovski dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan dəhşətli təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına dəstək nümayiş etdirib.
Apasport.az xəbər verir ki, braziliyalı vinger sosial şəbəkə hesablarında faciə ilə əlaqədar post paylaşaraq kədərimizi bölüşüb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. "Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Sağ qalan 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır, onlardan 23-ü həlak olub.

- Azər Bağırov: “Orda cərimə var idisə, heç nə demirəm”
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- İspaniya Kral Kuboku: "Atletik" "Barselona"ya qarşı
- Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan Cüdo Federasiyasının uğurları xarici KİV-də