
“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu Premyer Liqanın digər klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı nigeriyalı hücumçu göstərdiyi oyunla “Qəbələ”, “Zirə” və “Sumqayıt”ın transfer hədəfinə çevrilib.
Hər üç komanda hücum xəttini gücləndirmək üçün Şuaybunu heyətinə qatmaq istəyir. Bu klublar “Kəpəz”lə danışıqlar aparmalı olacaq.
Çünki forvardın Gəncə təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Abdullahi yalnız “Kəpəz”in onu satmaq istəyəcəyi halda klubunu dəyişəcək.
Qeyd edək ki, 32 matçda 10 qol vuran Şuaybu “Kəpəz”in cari mövsümdəki ən yaxşı bombardiridir.
- Bakıda keçirilən Çempionlar Gecəsi ilin ən yaxşı yarışları sırasında yer alıb
- Milliləşdirilmiş legionerimiz: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ
- Ronaldodan daha bir rekord
- Futbolun Ən Böyük Fırıldağı: Ali Dianın Unudulmaz 53 Dəqiqəsi
- "Sumqayıt"ın qapıçısı: “Fehervar”a görə narahat deyiləm"