Malili hücumçu "Kəpəz"də oynayacaq
13.07.2024 - 20:31
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir.
23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.
- MDB Oyunlarının ilkin yarış cədvəli müəyyənləşib
- “Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
- Yığmamız Ukraynaya məğlub olub
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandası bəlli oldu
0
0