Messi ABŞ klubunda qalacaq
01.08.2025 - 18:47
Messi ABŞ klubunda qalacaq

“İnter Mayami” futbolçusu Lionel Messi ilə müqaviləni uzatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi ilə sözləşməsini 2028-ci ilin sonuna kimi artıracaq. Bu barədə jurnalist Xavi Kampos məlumat yayıb. “İnter Mayami”nin kapitanla yeni müqaviləni yaxın zamanda açıqlayacağı bildirilir.

Messi bu mövsüm 23 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi ilin sonuna kimidir.