Millimiz Avropa çempionatına qələbə ilə başlayıb
02.06.2024 - 14:05
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığma 3:0 hesablı qələbə qazanıb.
Millinin heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, Elşad Quliyevin yetirmələri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcək.
- İtaliya nəhəngləri "Fənərbaxça"nın forvardı ilə maraqlanır
- Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
- "Araz-Naxçıvan"ın yoxlama oyunlarının başlama saatı BİLİNDİ
0
0