Millimiz Danimarka yığmasını məğlub edib
24.01.2026 - 18:52
Futzal üzrə Azərbaycan millisi Danimarkaya qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və təcrübəli qapıçı Rövşən Hüseynli fərqləniblər. Danimarka komandasının qollarını isə Mads Falk, Ruben Vinther vurublar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.
- Sumqayıtda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- ”Xankəndi”nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
- Arif Əsədov: “Juninyonun ayağının açılacağına ümid edirəm”
- Daha bir güləşçimiz 1/4 finala vəsiqə qazandı
0
0