
Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.
Apasport.az saytı xəbər verir ki, futbolsevərlər qitənin aparıcı futbol çempionatları olan İngiltərə, Almaniya, İtaliya, Fransa, həmçinin Türkiyə çempionatlarında derbilər izləyəcəklər.
Premyer Liqada “Mançester Siti” “Liverpul”u, Bundesliqada “Bavariya” Dortmund “Borussiya”sını, A seriyasında “Napoli” “Milan”ı, Liqa 1-də PSJ “Lion”u və Super Liqada “Fənərbaxça” “Beşiktaş”ı sınağa çəkəcək. Əzəli rəqabətdə sevinəcək komandaların bəziləri çempionluq yolunda qızıl xallar da qazana bilərlər.
1 aprel
İngiltərə, Premyer Liqa
XXIX tur
15:30. “Mançester Siti” – “Liverpul”
Almaniya, Bundesliqa
XXVI tur
20:30. “Bavariya” – “Borussiya” (Dortmund)
2 aprel
İtaliya, A Seriyası
XXVIII tur
22:45. “Napoli” – “Milan”
Fransa, Liqa 1
XXIX tur
22:45 PSJ – “Lion”
Türkiyə, Super Liqa
XXVII tur
21:30. “Fənərbaxça” – “Beşiktaş”
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
- Vüsal oynadı, komandası qələbə qazandı
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma imzalanıb
- Portuqaliya millisinin futbolçusunun əli sınıb
- Fransa millisinin sabiq futbolçusu “Araz-Naxçıvan”da