Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.
Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30
- Xavi və Pioli "Roma"nın təklifini rədd edib
- “Qarabağ” yeni transferini “Sürix” üçün sifariş etdi
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- İspaniyada Miçelin sabiq klubunda oynayan azərbaycanlı: “Mənə maraq artıb”
- Ruslan Abışov: “Finala qədər getmək istəyirik”