Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu
02.05.2025 - 01:27
Albaniya kubokunun final matçı keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” finalda Tirana “Dinamo”su ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesablı heç-heçə yekunlaşan matçın qalibi penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq zərbələr yerinə yetirən “Dinamo” kubokun qalibi olub.
Qeyd edək ki, Zamiq bu görüşdə 120 dəqiqə meydanda olub.
- Qara Qarayev: “Mançester Siti”ni keçdiyinə görə “Real”dan xoşum gəlmir”
- Veliçko Kaplanoviç: "Komandam xarakter göstərdi"
- Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
- “Qarabağ”ın rəqibinin Portuqaliyadan transferi
- Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
0
0