Millimizin üzvü oynadı, komandası qələbə qazandı
20.01.2026 - 00:25
Albaniya Superliqasında XX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” doğma meydanda “Teuta”nı qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətində başlayan İsgəndərli 78 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Partizani” hazırda 26 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- "Bu sual haqda oynamayan futbolçular düşünməlidir"
- “Atletik”in müdafiəçisi: "Qarabağ"ın 6 xalının olması sürpriz deyil”
- "Olimpiakos"un baş məşqçisi: "Uduzanda peşman olursan"
- "Qarabağ"ın sabiq qapıçısı: "Emrelinin bəxti gətirmir" - Eksklüziv
0
0