Millinin sabiq üzvü "İmişli"də
22.07.2024 - 09:18
Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Quliyevin yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “İmişli”yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.
Son klubu “Turan Tovuz” olan Quliyev karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Şamaxı”da çıxış edib. O, Azərbaycan yığmasında 7 oyunda forma geyinib.
- Şəkidə UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT
- Avropa çempionatı: Millimizin rəqibləri bilindi
- "Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli olub
- Rəşad Eyyubov: “Oyunçularıma inanıram”
0
0