Mutu “Neftçi”ni ilk məşqə çıxarır
14.07.2023 - 15:33
Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən “Neftçi” bu gün növbəti məşqinə çıxacaq.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Sankt-Peterburq şəhərində təlim-məşq toplanışı çərçivəsindəki bugünkü məşq ilklə əlamətdar olacaq. “Ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
- Boksçumuz Avropa çempionatının finalına yüksəlib
- Azərbaycan üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?
- Təmsilçimiz Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Millətlər Liqası: İspaniyadan qələbə, San Marino C Liqasında - YENİLƏNİB
0
0