“Neftçi” 3 futbolçunu icarəyə verdi
06.09.2023 - 13:12
“Neftçi”nin 3 futbolçusu 1 il müddətinə icarəyə verilib.
Klubdan apasport.az saytına verilən məlumata görə, bu müddətdə Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov “Turan Tovuz”da çıxış edəcək.
“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.
Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ötən mövsümdə əsas komandada debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
- ”Xankəndi”nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
- Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub
- Kaxaber Sxadadze: “Səhvlərimiz çoxdur”
0
0