“Neftçi”də üç itki
15.12.2023 - 21:03
“Neftçi” Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”la keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisində üç zədəli futbolçu var.
Topuğundakı burxulma səbəbi ilə sıradan çıxan Ataa Caber və bir müddətdir zədəli olan İvan Brkiçlə Qara Qarayev müalicəsini davam etdirir.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu dekabrın 18-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- MLS-də çempion bəlli oldu
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- İdmanda Dopinq Skandalları. Tarixin Ən Böyük Dopinq Qalmaqalları
- “Neftçi” belaruslu hücumçunun transferini açıqladı
- Güləşçilərimiz Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
0
0