“Neftçi”dən Solomon qərarı
                    
                    19.06.2023 - 17:02
                        
                    
                    “Neftçi” daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümün əvvəlində böyük ümidlərlə transfer etdiyi Solomon Kvirkveliya ilə vidalaşmaq niyyətindədir.
Klub rəhbərliyi gürcü müdafiəçi ilə yollarını ayırıb, başqa arxa xətt oyunçusu ilə anlaşmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir. Böyük ehtimalla gürcü müdafiəçi yeni mövsümə “Neftçi”də başlamayacaq.
Qeyd edək ki, Solomon Premyer Liqanın başa çatan mövsümündə keçirdiyi 33 matçda 2 qol vurub.
- Avarçəkmə üzrə Azərbaycan çempionatına start verilib
 - “Mançester Yunayted” yeni transferlər üçün 230 milyon avro ayırıb
 - “Fənərbaxça” – “Qalatasaray” oyunun hakimi açıqlandı
 - Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər
 - Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
 
                                
                                0
                                
                                0