Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.
Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərinə məğlub edərək, ikinci qızıl medalımızı rəsmiləşdirib. Yığmamızın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.
Beləliklə, Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.
Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.
- Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
- Taekvondoçularımızdan klublararası Avropa çempionatında 6 medal
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ
- Premyer Liqa: “Bornmut”dan darmadağın, “Liverpul”dan parlaq qələbə
- Fiziyev Qeyci ilə yenə bacarmadı