Parataekvondoçumuzdan Cənubi Koreyada bürünc medal - FOTO
22.08.2023 - 10:46

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G4 kateqoriyalı turnirin ikinci günü Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.
Yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandamızın turnirdə qazandığı mükafatlarının sayı 2-yə çatıb. Abuzərlidən öncə İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.
Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında da 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
- Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- "Fənərbaxça" ardıcıl ikinci dəfə Avroliqa çempionu oldu
- APA-nın 20 illik yubileyidir
- Belçikalı qapıçı: “Bu, komandamıza əlavə motivasiya verir””
0
0