Qabon millisinin üzvü “Sabah”da - RƏSMİ
05.02.2026 - 18:45
Qabon millisinin üzvü “Sabah”da - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb.

Müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq. 

Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.